• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dünya çempionatı: E qrupunun təqdimatı

  • 11 İyun 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı növbəti təqdimatını diqqətə çatdırır.

Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. 32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.

E qrupu

İştirak etdiyi hər mundialın favoriti olan “pentakampeon”lar “eksakampeon” (6 qat çempion) olacaqlarmı? Sonuncu dəfə 2002-ci ildə Dünya kubokuna sahib çıxan Braziliya millisi ondan sonrakı iki çempionatda 1/4 finalda mübarizəni dayandırıb, öz evində keçirilən DÇ-2014-də isə 4-cü yeri tutub.

Komandanın Rusiya mundialı ərəfəsindəki nəticələri diqqət çəkir: bu il 4 oyun – 4 qələbə, o cümlədən almanlar üzərində zəfər – 1:0.

Ümumiyyətlə, baş məşqçi Titenin rəhbərliyi ilə braziliyalılar 21 oyunun 17-də qalib gəlib, yalnız bir il əvvəl yoldaşlıq görüşündə argentinalılara məğlub olublar – 0:1.

“Fərdi olaraq bütün futbolçular yaxşı olsa da, biz hələ komanda deyilik və Neymar təklikdə bizə dünya çempionluğunu qazandıra bilməyəcək” deyən Pelenin həmişə proqnozlarının əksinin olduğu artıq hamıya bəllidir.

Oyunçularının orta yaşı 29,6 olan Kosta Rika millisi mundialın ən yaşlı iki komandasından biridir. Şübhəsiz, kosta rikalıların əsas ümidi Madrid “Real”ının 31 yaşlı qapıçısı Keylor Navasdır. Komandanın son 9 oyundan cəmi 2-də qələbə qazanması isə gələcəyə nikbin baxmağa imkan vermir.

Amma unutmayaq ki, Kosta Rika DÇ-2014-də sensasiyaya imza ataraq yarımfinala çıxmağa yaxın olmuşdu (1/4 finalda penaltilər seriyasında hollandlara uduzmuşdular).

İsveçrə millisi isə 2016-cı ilin sentyabrından bəri 17 qarşılaşmada cəmi bir dəfə məğlub olub – portuqallara 0:2. Son üç mundialda iki dəfə 1/8 finala çıxan isveçrəlilər həmin nailiyyəti yüksəltməyə çalışacaqlar. Əsas qol ümidi “Stok Siti”də çıxış edən Cerdan Şakiri olan İsveçrə komanda oyunu ilə fərqlənir.

Həm DÇ-2006, həm də DÇ-2010-da qrupda qalan Serbiya millisinin Rusiya mundialının seçmə turnirində İrlandiya, Uels və Avstriya kimi komandaları qabaqlaması gözlənilməz olmuşdu. Mundial ərəfəsində 4 yoldaşlıq görüşü keçirən serblər onlardan 2-də qalib gəlib, 2-də isə uduzublar.

Serbiya komandasının “20 nömrəsi”nə xüsusi diqqət: Zinədin Zidanla müqayisə edilən “Latsio”nun 23 yaşlı hücuma meylli yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçə görə Madrid “Real”ının hətta 150 milyon avro ödəməyə hazır olduğu bildirilir.

A qrupu

B qrupu

C qrupu

D qrupu

Ermənistan silaha nə qədər pul ayırır?

  • 11 İyun 2018
  • comments

Rusiyalılar ən çox işğal zonasında dincəlir

  • 11 İyun 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda