Ermənistan hökumətinin 8 iyun iclasında iki nəfər istefaya göndərilib. Novator.az-ın məlumatına görə, Narek Sərkisyan Şəhərsalma Komitəsinin sədri, Martin Sərkisyan Daşınmaz Əmlakın Kadastrı Komitəsinin sədri postundan azad edilib.
1959-cu il təvəllüdlü Narek Sərkisyan 2014-cü ildən şəhərsalma naziri olub, 2016-cı ildə nazirlik komitəyə çevrilib.
1958-ci il təvəllüdlü Martin Sərkisyan komitə sədri postunu 2014-cü ildən tuturdu.
Ermənistan hökumətinə mayın 8-dən Nikol Paşinyan baş nazirlik edir.