• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Daha bir REAL-çı həbs cəzası alıb

  • 08 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

REAL Partiyanın üzvü Anar Məmmədov həbs edilib. Məlumatı “Amerikanın səsi” REAL-ın Məclis üzvü Natiq Cəfərliyə istinadla yayıb.

Məlumatda deyilir ki, Anar Məmmədova 10 sutka inzibati həbs cəzası verilib. Qərar Yasamal Rayon Məhkəməsində çıxarılıb.

Anar Məmmədov polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.

Hazırda eyni ittihamla REAL Partiyanın Məclis üzvləri Azər Qasımlı və Elmin Həmzə, partiya fəalları Nəriman Mücahid İsmayıl və Ərəstun Baxşəliyev də həbsdədirlər.

Azər Qasımlıya 30, Elmin Mirzəyə 25, Nəriman Mücahid İsmayıla 30, Ərəstun Baxşəliyevə 30 sutka həbs verilib. Azər Qasımlı barəsində qərar mayın 29-da, Elmin Mirzə, Nəriman Mücahid İsmayıl və Ərəstun Baxşəliyev barəsində qərarlar mayın 30-da çıxarılıb.

REAL Partiyanın fəalları rəsmi ittihamları qəbul etmirlər. Onların fikrincə, bu həbslərin hamısı mayın 28-də paytaxtda keçirilmiş yürüşə görədir.

Mayın 28-də REAL Partiyanın fəalları Respublika Günü münasibətilə paytaxtın mərkəzində yürüş keçiriblər. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək yürüşün sonadək davam etməsinə imkan verməyib.

Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə həbsdə olan İlqar Məmmədov seçilib.

İlqar Məmmədov yarandığı vaxtdan – 2008-ci ildən REAL Hərəkatına rəhbərlik edib. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

Əvəz Zeynallı: “Addımlarımızı təqib edirlər”

  • 08 İyun 2018
  • comments

Günnüt minalardan təmizlənir

  • 11 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda