• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin olunacaq

  • 07 İyun 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edəcək.

“Amerikanın səsi”nin məlumatına görə, bununla bağlı Avropa Şurasının yaydığı açıqlamada deyilir ki, AŞPA Bürosunun iclasında siyasi məhbus məsələsi üzrə Azərbaycana məruzəçi təyin edilməsi təklifi müzakirə olunub və büro məruzəçinin təyin edilməsinə qərar verib.

Məruzəçinin AŞPA-nın yay sessiyasında təyin olunacağı gözlənir.

Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin olunması və ölkədəki siyasi məhbuslarla bağlı hesabatın hazırlanması təklifini 2 ay əvvəl AŞPA-nın 24 deputatı irəli sürüb.

Azərbaycanın bəzi hüquq müdafiəçiləri bəyan edirlər ki, Azərbaycanda 150 nəfərdən çox siyasi məhbus var. Ancaq Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olması haqda iddiaları rədd edir. Hakimiyyət rəsmiləri deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Valyutalarda yüksəliş

  • 07 İyun 2018
  • comments

Dağlıq Qarabağ rejimində yeni təyinatlar

  • 07 İyun 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda