Xankəndidə daha bir istefa
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
İşğalçı Dağlıq Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidmətinin” direktoru Arşavir Qaramyan iyunun 6-da istefa verib.
Novator.az-ın məlumatına görə, Arşavir Qaramyan 1965-ci ildə Dağlıq Qarabağın Əsgəran rayonunda doğulub. Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır.
1996-1997-ci illərdə Şuşada rayon administrasiyasına başçılıq edib. 2007-2013-cü illərdə “Polis rəisi”, 2007-2013-cü illərdə “baş prokuror” postunu tutub. 2014-cü il oktyabrın 29-da “Milli Təhlükəsizlik Xidmətinin” direktoru təyin edilib.
İyunun 1-i Xankəndidə bir qrup şəxslə “Milli Təhlükəsizlik Xidmətinin” iki əməkdaşı dalaşıb. Məişət zəminində baş verdiyi açıqlanan davada iki şəxs ağır xəsarət alaraq xəstəxanaya düşüb. Bundan sonra Xankəndidə etiraz aksiyaları keçirilib, “Milli Təhlükəsizlik Xidməti” rəhbərliyinin, o cümlədən “hökumətin” istefası tələb olunub.
İyunun 6-da Dağlıq Qarabağ rejiminin “dövlət naziri” Araik Arutunyan istefa ərizəsi yazıb. Bunun ardınca “Polis rəisi” postunu tutan Kamo Ağacanyan istefa verib.