• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Göyçayda yeni körpü tikilir

  • 04 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Göyçay çayında selin dağıtdığı avtomobil körpüsünün yerində yeni körpünün, 200 metr aralıda isə alternativ körpünün tikintisinə başlanıb.

İyunun 2-də Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb, Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sel çay üzərindəki piyada körpüsünü də aparıb.

Şəhərin bir hissəsinin, həmçinin 38 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Qaz, elektrik və içməli su xətləri yararsız hala düşüb.

AZƏRTAC xəbər verir ki, iyunun 4-də çayda suyun səviyyəsi enib və “Körpübinatikinti” ASC-nin tikinti briqadası ərazidə işə başlayıb. Əvvəlcə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görülür. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa olunacaq. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur.

Selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün 15 metrlik hissəsi dağılıb, qalan hissəsi möhkəmdir və bərpa edilə bilər. Mütəxəssislər körpüyə baxış keçirdikdən sonra qərara gəliblər ki, onun altındakı dəmir-beton dayaqların dağılmaq ehtimalı yoxdur, orada müəyyən bərpa və bərkitmə işləri görüləndən sonra həmin körpünü yenidən qurmaq olar. Körpünün inşası bir neçə aya başa çatdırılacaq.

Seçkini gəlmələrin düşməni uddu

  • 04 İyun 2018
  • comments

Bir çox məzənnə yuxarı üz tutub

  • 04 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hadisə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda