• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan-Avropa İttifaqı sazişi qüvvəyə mindi. Müvəqqəti

  • 01 İyun 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ermənistanla Avropa İttifaqının hərtərəfli və geniş tərəfdaşlıq sazişi iyunun 1-də müvəqqəti qüvvəyə minib. Açıqlamanı Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası yayıb. 2017-ci il noyabrın 24-ü Brüsseldə imzalanmış saziş tam tətbiq üçün Avropa İttifaqına üzv ölkələrin hamısının parlamentində təsdiqlənməlidir. Bu proses hələ yekunlaşmayıb.

Novator.az bildirir ki, sazişə görə, Ermənistanla Avropa İttifaqının kiçik və orta müəssisələri biznes sahəsində informasiya və məsləhət mübadiləsi həyata keçirəcək, tənzimləmə mühitinin şəffaflığı üçün qarşılıqlı yardım göstərəcəklər.

Saziş ikitərəfli ticarətin və xidmət sahəsində (icarə, lizinq, maliyyə, poçt, nəqliyyat və s. sferalarda) əlaqələrin liberallaşdırılmasını nəzərdə tutur. Ermənistan şirkətləri Avropa İttifaqı məkanında, Avropa İttifaqı şirkətləri Ermənistanda xidmət təklif edə bilər. Ermənistan biznesi Avropa İttifaqı zonasında, Avropa İttifaqı biznesi Ermənistanda dövlət alışı müsabiqələrinə qatılmaq hüququ qazanır. Bəzi ictimai xidmət sferalarına da eyni şərt tətbiq olunur.

Ermənistanla Avropa İttifaqının sazişi intellektual mülkiyyətin qarşılıqlı müdafiəsini də nəzərdə tutur.

Sazişə əsasən, dövlət alışları və tenderlərdə şəffaf prosedurlar təklif olunur.

Sənədə görə, Ermənistanın və Avropa İttifaqının təşkilatlarından ibarət müstəqil vətəndaş cəmiyyəti platforması yaradılır. Bu platforma Avropa İttifaqı ilə Ermənistanın imzaladığı sazişin yerinə yetirilməsi vəziyyətini nəzarətdə saxlayacaq, hər iki tərəfə tövsiyələr verəcək.

Saziş təhsil, ticarət, nüvə təhlükəsizliyi sahələrində, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi məsələlərdə əməkdaşlığı da nəzərdə tutur.

1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

Baş nazir postunu itirdi

  • 01 İyun 2018
  • comments

Gədəbəyin icra başçısı vəzifədən çıxarıldı

  • 01 İyun 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni danışıq ərəfəsi

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”da enmə

GLOBALS:0
comments
Xəbər

Türkiyədə yeni çözüm cəhdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni danışıq ərəfəsi

Son materiallar

comments
Xəbər

Yeni danışıq ərəfəsi

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”da enmə

GLOBALS:0
comments
Xəbər

Türkiyədə yeni çözüm cəhdi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda