• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət agentliyi necə investisiya qoya bilər?

  • 01 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev fərman imzalayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatları aparması qaydasını təsdiq edib. Ümumi müddəalarda qeyd olunur ki, qaydanın məqsədi icbari tibbi sığortanın maliyyə dayanıqlığının təmin edilməsi, agentliyin vəsaitinin itirilməsi riskinin minimuma endirilməsi, həmin vəsaitin nominal və real dəyərinin qorunub saxlanması, gəlir əldə edilməsinə imkan verən siyasətin həyata keçirilməsidir.

Novator.az-ın məlumatına görə, sənəddə investisiya əməliyyatlarının həyata keçirilməsinin prinsipləri belə sıralanır: təhlükəsizlik, likvidlik, şəffaflıq, gəlirlilik, müxtəliflik.

Sərbəst maliyyə vəsaitinin idarə edilməsi barədə qərarı İdarə Heyəti həmin vəsaitin proqnozlaşdırılan həcmini, likvidlik və gəlirlilik dərəcəsini nəzərə almaqla qəbul edir. İnvestisiya əməliyyatlarının aparılması zamanı sərbəst maliyyə vəsaitinin həcmi gələcək pul axınları (mədaxil və məxaric daxil olmaqla) nəzərə alınmaqla müəyyənləşdirilir.

Agentliyin sərbəst maliyyə vəsaitinin idarə olunmasından əldə etdiyi gəlir onun hesablaşma hesabına köçürülür və investisiya gəliri kimi uçota alınır.

Maliyyə vəsaitinin banklarda depozitə qoyulması üçün bu tələblər yerinə yetirilməlidir: depozit müqaviləsinə əsasən gəlirlər aylıq və ya rüblük əsaslarla ödənilməlidir (bir ay müddətinə qoyulan depozitlərə münasibətdə gəlirlər depozit müddətinin bitdiyi gün ödənilməlidir); depozit müqaviləsinə əsasən depozitin (və ya onun hər hansı hissəsinin) vaxtından əvvəl geri götürülməsi hüququ təmin edilməlidir.

Bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamalıdır. Depozit şəklində qoyulmuş investisiya agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 50 faizini ötə bilməz.

Agentlik hər ilin yekunu üzrə aktivlərinin həcmi və investisiya əməliyyatları, o cümlədən həmin əməliyyatların nəticələri barədə martın 31-dək prezidentə hesabat təqdim edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

İyunun hava proqnozu

  • 31 May 2018
  • comments

Dollar təzə aya da sabitliklə başladı

  • 01 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda