İyunun 1-də İspaniya parlamentinin aşağı palatası Xalq Partiyasının sədri Mariano Rahoyun baş nazirlik etdiyi hökumətə etimadsızlıq göstərib. Novator.az-ın məlumatına görə, 350 yerlik aşağı palatanın 180 deputatı hökuməti istefaya göndərməyə səs verib.
Bu, 1970-ci ildən bəri parlamentdə hökumətə ilk etimadsızlıqdır.
Mariano Rahoy baş nazir postunu 2011-ci ildən tuturdu.
Hökumətin istefaya göndərilməsi hakim partiyanın adının korrupsiya qalmaqalında hallanması ilə bağlıdır.