• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ramiz Mehdiyevin elektron kitabxanası

  • 30 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Mayın 30-da Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasında dövlət xadimi, alim Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, elektron layihə beş fəsildən ibarətdir.

“Bioqrafiya” adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb.

Layihənin “Xronologiya” adlanan ikinci fəslində Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltifləri və mükafatları haqqında məlumatlar işıqlandırılıb.

Ramiz Mehdiyevin qələmə aldığı kitabların elektron versiyaları “E-Kitablar” fəslində istifadəçilərə təqdim edilir.

Layihənin dördüncü fəsli “E-Məqalələr” adlanır. Bu fəslin “Elmi məqalələr” bölməsində Ramiz Mehdiyevin dövri mətbuatda və elmi məcmuələrdə müxtəlif dillərdə dərc edilən məqalələrinin elektron versiyaları, “Haqqında” adlanan bölməsində isə onun əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır.

Elektron kitabxananın sonuncu fəsli olan “Biblioqrafiya” fəslinin “Əsərləri” adlanan bölməsində Ramiz Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri verilir. Həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademikin haqqında yazılan kitabların biblioqrafik təsviri öz əksini tapır.

Novator.az bildirir ki, Ramiz Mehdiyev 1938-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib.

Azərbaycan Dövlət Universitetinin müəllimi olub, fəlsəfə elmləri doktoru, akademikdir.

1957-1962-ci illərdə “Xəzərdənizneft” İdarəsində çalışıb.

1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub.

1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib.

1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub.

1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən KP MK-nın katibi postlarında çalışıb.

1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəridir. Həqiqi dövlət müşaviridir.

Baş direktor vəzifəsinə namizədlərin siyahısı açıq...

  • 30 May 2018
  • comments

REAL-ın daha bir üzvü həbs olunub

  • 30 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Elm
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda