• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qurbanovun siftəsi

  • 30 May 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycanın milli futbol komandası Qurban Qurbanovun baş məşqçiliyi ilə ilk qələbəsini qazanıb. Novator.az-ın məlumatına görə, mayın 29-u Bakı Olimpiya Stadionunda Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirən yığma üstün gəlib – 3:0.

Qurban Qurbanov ötən il noyabrın 3-də milli komandanın baş məşqçisi təyin olunub.

Bu il milli komanda daha üç yoldaşlıq oyunu keçirib. Yığmanın yanvarın 30-u Türkiyənin Antalya şəhərində Moldova millisi ilə görüşündə hesab açılmayıb. Martın 27-si eyni məkanda Makedoniya yığması ilə matç da heç-heçə bitib – 1:1. Bakı Olimpiya Stadionunda martın 23-ü Belarusla keçirilmiş oyunda isə qonaqlar sevinib – 1:0.

Azərbaycan yığması UEFA-nın yeni turniri olan Millətlər Liqasının D divizionunun 3-cü qrupunda Farer adaları, Malta və Kosovo ilə mübarizə aparacaq. Milli komanda ilk oyununu sentyabrın 7-si Bakıda Kosovo seçməsinə qarşı keçirəcək. Qurban Qurbanovun yetirmələri sentyabrın 10-da Malta, oktyabrın 11-də Farer adaları səfərinə çıxacaq.

Milli komanda oktyabrın 14-də Maltanı, noyabrın 17-də Farer adalarını qəbul edəcək. Hər iki görüş Bakıda olacaq. Sonuncu matç noyabrın 20-si Kosovoda keçiriləcək.

Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir komanda olmaqla dörd vəsiqə verir. Bunun üçün divizionlardakı qrup qalibləri arasında yarımfinal və final matçları keçiriləcək. Qrup qalibi Avropa çempionatına həmin turnirin özünün seçmə mərhələsindən düşərsə, onu Millətlər Liqasının növbəti ən yaxşı komandası əvəzləyəcək.

D divizionunun 1-ci qrupunda Gürcüstan, Latviya, Qazaxıstan, Andorra; 2-ci qrupunda Belarus, Lüksemburq, Moldova, San Marino; 4-cü qrupunda Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq yığmaları yer alır.

Azər Qasımlı həbs olunub

  • 29 May 2018
  • comments

Rusiyanın yeni elçisi

  • 30 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda