• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azər Qasımlı həbs olunub

  • 29 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Respublikaçı Alternativ Partiyası (REAL Partiya) Məclisinin üzvü Azər Qasımlı həbs olunub.

Mayın 29-da Yasamal Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası kəsib.

Vəkil Elçin Sadıqovun yaydığı məlumata görə, Azər Qasımlı polisə tabe olmamaqda günahlandırılıb: “Polisin iddasına görə, o, küçədə ünvansız söyüşlər söyüb. Məhkəmə prosesində Azər Qasımlı ittihamı qəbul etmədi. O hesab edir ki, həbsinə səbəb mayın 28-də Bakının mərkəzində  Respublika Günü münasibətilə keçirilən yürüşdür”.

Azadliq.org REAL Partiyanın üzvü Xalid Bağırova istinadla bildirir ki, Azər Qasımlı məhkəmədən qabaq Baş Prokurorluğa dəvət edilib, orada baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olub, prokurorluqdan çıxanda Yasamal Rayon Polis İdarəsinə, daha sonra isə məhkəməyə aparılıb.

Mayın 28-də paytaxtın mərkəzində REAL Partiya fəallarının iştirakı ilə Respublika Günü münasibətilə yürüş keçirilib. Tədbiri idarə edən əsas şəxslərdən biri Azər Qasımlı olub.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək yürüşün sonadək davam etməsinə imkan verməyib.

Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə həbsdə olan İlqar Məmmədov seçilib.

İlqar Məmmədov yarandığı vaxtdan – 2008-ci ildən REAL Hərəkatına rəhbərlik edib. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

“Cənub Qaz Dəhlizi əvəzolunmaz layihədir”

  • 29 May 2018
  • comments

Qurbanovun siftəsi

  • 30 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda