• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əfv və siyasilər

  • 25 May 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İlkin məlumatlara görə, prezident İlham Əliyevin mayın 24-də imzaladığı əfv sərəncamı adı siyasi məhbus siyahılarında keçən 12 nəfərə də şamil olunub. Novator.az bildirir ki, şair Saday Şəkərli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Fərəcov əfvə düşüblər.

2015-ci ildə tutulan Saday Şəkərli hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə həbs olunan Elnur Fərəcov narkotik vasitə saxlanması ittihamı ilə 3 il azadlıqdan məhrumetmə cəzası almışdı.

Əfvə düşən siyasilərdən 10 nəfərinin inanclı məhbuslar olduğu bildirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Həbsdə olan 607 nəfər, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzasının çəkilməmiş hissəsindən, şərti həbsə məhkum edilmiş 9 nəfər və barəsində həbs qərarı çıxarılmış, amma cəzasını çəkməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. 11 nəfər isə cərimə cəzasından azad olunub.

Bir qrup hüquq müdafiəçisi siyasi məhbusları 11 qrupa bölür: inanclılar, ömürlük məhkumlar, sosial etirazların qurbanları, jurnalist və bloqçular, MTN-də cinayətlərin qurbanları, müxalif partiya və hərəkatların üzvləri, gənc fəallar, girovlar, keçmiş dövlət məmurları, yazıçı və şairlər, hüquq müdafiəçiləri.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azadliq.org-a açıqlamasında əfv sərəncamının siyasi məhbusların yalnız cüzi bir qisminə şamil olunmasından məyusluğunu ifadə edib: “Bu əfv sərəncamı Azərbaycan xalqı ilə qarşıdurma istiqamətində atılmış addımdır. Siyasi məhbusların adını əfv sərəncamına salmamaqla Azərbaycanın dövlət başçısı mesaj verdi ki, nə Cümhuriyyətin yüzilliyi, nə beynəlxalq qurumların çağırışları, nə də meydanlardakı çağırış onu narahat edir. Xalqın ləyaqətli, əqidəli övladlarını həbsdə saxlamaqda maraqlıdır”.

Baş Qərargahın rəisi dəyişdi

  • 25 May 2018
  • comments

Cəhənnəmdən keçmiş mələk (78)

  • 25 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda