• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkillərin sayı 1128-ə çatıb

  • 23 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Vəkillər Kollegiyasına yeni üzvlərin qəbulu davam edir. İxtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizəd mayın 23-də and içib.

AZƏRTAC-ın məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə deyib ki, indi Azərbaycanda 1128 vəkil fəaliyyət göstərir: “Bu proses davam edəcək. Vəkillər Kollegiyası bundan sonra da qəbul məsələsinə xüsusi diqqət yetirəcək. Ümid edirəm ki, ilin sonunadək Azərbaycanda vəkillərin sayı 1500-ə çatacaq”.

Novator.az xatırladır ki, bu il fevralın 22-də prezident İlham Əliyev vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Sərəncamda Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratmaq; regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirmək; aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etmək kimi tövsiyələr də yer alıb.

Qanunvericiliyə edilmiş dəyişikliklə bu ildən fiziki şəxslərin məhkəmə proseslərinə nümayəndə kimi çıxması məhdudlaşdırılıb. Ali Məhkəmədə nümayəndənin iştirakı tam yasaqlanıb. Birinci instansiya və apellyasiya məhkəmələrində hüquqi şəxslərin adından prosessual hərəkətləri əsas iş yeri həmin orqan olan işçi həyata keçirə bilir. Fiziki şəxsin isə yalnız yaxın qohumuna qanuni nümayəndə kimi iştirak icazəsi veriləcək. Yaxın qohum dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur.

Nümayəndəlik institutu məhdudlaşdırıldığına görə ölkədə vəkillərin sayının artırılmasına zərurət yaranıb.

İtaliya hökumətinin başçısı dəyişir

  • 23 May 2018
  • comments

Çempionlar Liqası: 4 məchul var

  • 23 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda