Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov azadlığa çıxıb.
Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də tutulmuş, 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin il noyabrın 7-də Ali Məhkəmə Əfqan Sadıqovun cəzasını 1 il 6 aya endirmişdi.
2018-ci il mayın 22-də 1 il 6 ay başa çatdığı üçün Əfqan Sadıqov azadlığa çıxıb.