Böyük Britaniyanın Qlazqo Universitetinin alimləri gec yatmağın insan orqanizminə təsiri ilə bağlı tədqiqatın nəticəsini açıqlayıblar.
Novator.az-ın məlumatına görə, tədqiqat zamanı 91 min 105 insanın həyat tərzi analiz edilib. Həmin insanlar 37-73 yaş arasında olublar.
Tədqiqat iştirakçılarının qoluna sensorlu qolbaqlar bağlanıb. Qolbaqlar onların sutka ərzində fəallığını və yuxu rejimini qeydə alıb.
Gecələr daha fəal olan, yəni gecə yuxusu az olan insanlarda depressiyaya meyl müşahidə olunub. Onlar tənhalıqdan şikayət ediblər.
Aydınlaşıb ki, bu adamların gecələr yata bilməməsinin bir səbəbi də tez-tez sosial şəbəkələrə daxil olmalarıdır. Alimlər deyirlər ki, telefon və kompüter ekranının işığı yuxunu qaçırdır, insan orqanizmində yuxu hormonlarının normal fəaliyyətini pozur.
Araşdırma göstərib ki, gec yatmaq əsəb, skleroz və Altsheymer (beyin hüceyrələrinin ağır formada öləziməsi) xəstəlikləri riskini artırır.
Səidə Hüseynova