2018-ci ilin aprel ayında vergi orqanları 9501 müraciət alıb. Vergiler.az-ın məlumatına görə, bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən 11,3% azdır.
Hesabata əsasən, müraciətlərin 94,7%-i ərizə, 5%-i şikayət, 0,3%-i təklifdir. Onların 34,1%-i müxtəlif arayışların alınması, 39,5%-i kameral vergi yoxlamaları, 9%-i vergi borcları, 2,5%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı olub, 72,9%-i müsbət həll olunub.
Aprel ayında ümumilikdə 459 vətəndaş qəbul edilib.