• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanın BMT-dəki nümayəndəsi nə bəyanat verib?

  • 18 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

BMT Təhlükəsizlik Şurası mayın 17-də “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi kontekstində beynəlxalq hüquqa riayət edilməsi” mövzulu açıq iclas keçirib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bəyanatla çıxış edib.

Yaşar Əliyev deyib ki, sülh və təhlükəsizlik çağırışları beynəlxalq hüquq qaydalarının möhkəmlənməsini, habelə münaqişələrin aradan qaldırılması və nizamlanması üçün bütün səviyyələrdə səylərin fəallaşdırılmasını tələb edir, bunun üçün beynəlxalq hüququn hamılıqla qəbul edilmiş, dövlətlərarası münasibətləri tənzimləyən norma və prinsiplərinə ciddi riayət olunmalıdır: “Beynəlxalq hüquq münaqişələrin aradan qaldırılmasında və ya həllində təkcə nəticələr əldə edilməsini deyil, həm də bu nəticələrin müəyyən normalara müvafiq proseslərlə müşayiət olunmasını tələb edir. Bu kontekstdə elə etmək lazımdır ki, münaqişələrin qarşısının alınması və nizamlanması üzrə çərçivə və mexanizmlər vasitə kimi qanunsuz güc tətbiqi, hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayətlər, soyqırımı aktları və etnik təmizləmələrlə bağlı şərtlərin möhkəmləndirilməsində istifadə olunmasın.

Beynəlxalq birliyin böyük əksəriyyətinin tərəflərin hər hansı təcavüzü gizli saxlamaq və möhkəmləndirmək cəhdlərinə və beynəlxalq hüququn norma və prinsiplərinin yanlış şərh edilməsi vasitəsilə başqa qanunsuz hərəkətlərinə qarşı ardıcıl çıxış etməsi son dərəcə əhəmiyyətlidir. Qabaqlayıcı səylər, habelə mübahisə və münaqişələrin yerindəcə sülh yolu ilə nizamlanması ilə yanaşı beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn və insan hüquqları sahəsində beynəlxalq normaların pozulmasına görə cəzasızlığın aradan qaldırılması üzrə tədbirlərin təmin edilməsi səmərəli çəkindirici amildir.

Bəzi silahlı münaqişə vəziyyətlərində, o cümlədən uzun sürən münaqişələrdə cəzasız qalmış səhvlər və bu səhvlərin qəbul edilməməsi səbirsizliklə gözlənən sülhə və barışığa nail olunması istiqamətində inkişafa əvvəlki kimi maneədir. Birləşmiş Millətlər Təşkilatının əsas orqanlarında qəbul edilmiş qətnamələrin, o cümlədən mübahisələrin sülh yolu ilə həllinə, onların qarşısının alınmasına və nizamlanmasına dair qətnamələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Üzv ölkələrin ərazilərinin hərbi işğal altında qalması və onların demoqrafik tərkibinin və milli xarakterinin irqi, etnik və dini xətlər üzrə dəyişdirilməsinə yönəldilən qabaqcadan düşünülmüş əməllərin Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq davam etməsi yolverilməzdir və dözülməzdir.

Nəzərdən keçirilən məsələ barədə Azərbaycanın ardıcıl mövqeyi yaxşı məlumdur və bu mövqe hər şeydən əvvəl onun təcrübəsi, o cümlədən silahlı təcavüzə, etnik təmizləməyə və hərbi işğala məruz qalması ilə bağlıdır. Təhlükəsizlik Şurası özünün 822, 853, 874 və 884 nömrəli qətnamələri ilə Azərbaycana qarşı hərbi gücün tətbiqi faktını, bu əməllərin BMT nizamnaməsi ilə bir araya sığmadığını və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulduğunu etiraf edib.

Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq münaqişənin siyasi yolla həlli, möhkəm sülhə, təhlükəsizliyə və sabitliyə nail olunması işğalçı qüvvələrin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına, məcburi köçkün azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması hüququnun həyata keçirilməsinə, onların əmlak hüququnun təhlükəsizlik şəraitində və layiqli şəkildə bərpasına əsaslanmalıdır. Konkret siyasətə və bununla bağlı addımlara dair öhdəliklər kompromis kimi tətbiq edilən və ya münaqişənin nizamlanması prosesində təsir vasitəsi kimi istifadə olunan yarımçıq tədbirlərlə əsla əvəzlənə bilməz”.

Ölkələrdə kişi-qadın nisbəti

  • 18 May 2018
  • comments

Hesablama Palatası qanunu ikinci oxunuşdan keçdi

  • 18 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda