Prezident İlham Əliyev fərman imzalayaraq Maliyyə Nazirliyinin dövlət qurumlarına verdiyi hesabatların formalarını və onların təqdim edilməsi qaydasını təsdiqləyib. Novator.az-ın məlumatına görə, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qaydası da rəsmiləşib.
Maliyyə Nazirliyinə dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi üçün müvafiq elektron sistemin yaradılmasını təmin etmək tapşırılıb. Dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı təmin edilən dövlət qurumları məsul şəxsləri müəyyən edib onlar barədə məlumatları Maliyyə Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etməlidir.
Maliyyə Nazirliyi dövlət qurumlarına büdcə sistemi və mühasibat uçotu ilə bağlı bu məlumat və hesabatları təqdim edir:
– dövlət büdcəsinin gəlirlərinin icrası barədə məlumat (gəlir inzibatçıları üzrə əvvəlki dövrlə müqayisə);
– dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (funksional təsnifat üzrə əvvəlki dövrlə müqayisə);
– dövlət büdcəsinin icrası barədə hesabat (gəlirlərin təsnifatı üzrə);
– dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin funksional təsnifatı üzrə);
– dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin iqtisadi təsnifatı üzrə);
– dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı barədə məlumat;
– dövlət büdcəsinin vahid xəzinə hesabının xarici valyuta qalıqları barədə məlumat;
– idarəetməyə verilmiş (yerləşdirilmiş) vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) barədə məlumat;
– debitor borcları barədə məlumat (funksional, inzibati və iqtisadi təsnifatlar üzrə);
– bölüşdürülməmiş (bloklanmış) xərclər barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə);
– büdcə təşkilatlarının büdcədənkənar xərclərinin icrası barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə);
– xarici valyutada aparılan əməliyyatlar barədə məlumat (xərc istiqamətləri üzrə);
– dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (əsaslı xərclər, cari xərclər və dövlət borcu üzrə xərclər);
– kəsirin maliyyələşdirilməsi barədə məlumat (mənbələr üzrə);
– Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun gəlir və xərcləri barədə məlumat;
– dövlət büdcəsinin xərcləri barədə hesabat (xərclərin funksional təsnifat üzrə bölmə və köməkçi bölmə səviyyəsində);
– şəhər və rayonlar üzrə yerli gəlirlərin və xərclərin icrası barədə məlumat;
– ehtiyat fondlarının xərcləri barədə məlumat;
– dövlət əsaslı vəsait qoyuluşu xərcləri barədə məlumat;
– yerli gəlir və xərclər arasında yaranmış fərqin tənzimlənməsi məqsədi ilə ayrılan büdcə vəsaiti barədə məlumat;
– xarici dövlət borcunun və dövlət zəmanətinin reyestri;
– Maliyyə Nazirliyinə məxsus vəsaitlərin qalıqları barədə məlumat;
– büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar barədə hesabat;
– xarici dövlətlərə verilmiş kreditlər barədə məlumat;
– büdcədən verilmiş kreditlər barədə məlumat;
– xarici və daxili dövlət borcunun əsas borc və faiz borcu üzrə icra vəziyyəti barədə məlumat;
– Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılma qrafiki;
– dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları üzrə).
Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatlar
Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına çıxışı