• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbsdəki cəbhəçi ilə bağlı baş prokurora müraciət olunub

  • 16 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Həm mətbuat vasitəsilə, həm də yazılı şəkildə baş prokuror Zakir Qaralova müraciət edərək Mirfeyzulla Seyidovun səhhəti ilə əlaqədar həbs qətimkan tədbirinin ləğv edilməsi üçün təqdimat verilməsi məsələsinə baxılmasını xahiş edirəm”. Vəkil Cavad Cavadov “Amerikanın səsi”nəa açıqlamasında belə deyib.

Xalq hərəkatının fəallarından olan AXCP üzvü Mirfeyzulla Seyidov mayın 9-da tutulub. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Mirfeyzulla Seyidov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

Vəkil Cavad Cavadov mayın 15-də təcridxanada Mirfeyzulla Seyidovla görüşüb: “Görüş zamanı gördüm ki, onun sağlamlıq durumu həqiqətən çox ağırdır. Əldə etdiyim tibbi sənədlərə əsasən, o, xroniki böyrək xəstəsi – 1-ci qrup əlildir, həftədə üç dəfə əvəzedici böyrək müaciləsi (hemodializ) alır. Bundan başqa şəkərli diabet, diabetik nefropatiya, hipertoniya, anemiya xəsətiklərindən əziyyət çəkir. Bir il əvvəl ürək əməliyyatından keçib, ürəyinə iki ədəd stend qoyulub. Bakı İstintaq Təcridxanasında onun dializ proseduruna aparılması təmin olunur. Bununla yanaşı xüsusi qidalanmaya və dərmanlarını daimi həkim nəzarətində qəbul etməsinə ehtiyacı olduğundan Mirfeyzulla Seyidov ən azı Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməlidir”.

Cavad Cavadov Mirfeyzulla Seyidovun xəstəlikləri ilə bağlı sənədləri baş prokurora müraciətinə əlavə edib.

Vəkil vurğulayıb ki, Mirfeyzulla Seyidovun dedikləri həkim sənədləri ilə təsdiq olunur.

Vəkil qeyd edib ki, Mirfeyzulla Seyidovun dediklərini onun səhhəti ağır durumda olduğundan, sənədlərlə təsdiqləndiyindən, həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin tələbi əsasında ictimailəşdirir.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən əməllər 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hansı ölkə ABŞ-a nə qədər borcludur?

  • 16 May 2018
  • comments

Məhsul istehsalı 20,2 faiz artıb

  • 16 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda