• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Separatizm ocağında yeni lider

  • 15 May 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İspaniyanın Kataloniya vilayətinin parlamenti mayın 14-də Kim Torranı hökumət başçısı seçib. O, 135 nəfərlik parlamentdə 66 səs alıb. Kim Torranın namizədliyini Kataloniya hökumətinin sabiq başçısı Karles Puçdemont irəli sürüb.

Novator.az bildirir ki, Kim Torra 1962-ci ildə Kataloniyada doğulub. Barselona Universitetini hüquqşünas ixtisası ilə bitirib, uzun illər vəkilliklə məşğul olub. 2017-ci il dekabrın 21-də Karles Puçdemontun başçılıq etdiyi “Birlikdə Kataloniya uğrunda” blokundan deputat seçilib.

Ötən il oktyabrın 1-i Kataloniya vilayətində keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Oktyabrın 27-də Kataloniya parlamenti müstəqillik qətnaməsi qəbul edib. Bundan sonra rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərini mərkəzi orqanlara ötürüb.

Kataloniya hakimiyyətində yer almış bir çox şəxsə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Onların arasında ötən il oktyabrın 30-dan Avropaya sığınan Karles Puçdemont da var. İspaniya Ali Məhkəməsi onun həbsinə order verib.

Dekabrın 21-də keçirilmiş növbədənkənar parlament seçkisində bölgənin müstəqilliyini istəyən qüvvələr qalib gələrək hökumət qurmaq haqqı qazanıb.

Bu ilin martında Karles Puçdemont sığındığı Belçikadan Finlandiyaya gedib, geri qayıdarkən, Danimarkadan Almaniya ərazisinə keçərkən saxlanıb. Aprelin 5-də məhkəmə Karles Puçdemontu 75 min avro girov qarşılığında sərbəst buraxıb. Onun İspaniyaya təhvil verilib-verilməməsi məsələsinə baxılır.

Brüsseldə köçkün harayı

  • 15 May 2018
  • comments

Sabitlik və dəyişmələr

  • 15 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Demoqrafik müqayisələr (1991-2025)

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Doğum 6,1 faiz azalıb

GLOBALS:0
comments
Xəbər

Statistikadan seçmələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Demoqrafik müqayisələr (1991-2025)

Son materiallar

comments
Xəbər

Demoqrafik müqayisələr (1991-2025)

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Doğum 6,1 faiz azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda