Mayın 15-də Azərbaycan neftinin qiyməti artıb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,81 dollar bahalaşaraq 78,61 dollar olub.
London birjasında brent markalı neftin bir barreli 78,17 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 70,88 dollara satılır.
Brent markalı xam neftin bir barreli 2014-cü il noyabrın 26-dan bəri ilk dəfə 78 dolları keçib.
Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Ölkənin gündəlik neft hasilatının yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel olduğu açıqlanıb.