• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Neftin qiyməti hara gedir?

  • 11 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

“Bank of Amerika” neftin qiyməti ilə bağlı yeni proqnoz verib. Novator.az-ın məlumatına görə, bankın ekspertləri 2019-cu ilin ikinci rübündə brent markalı neftin bir barrelinin 90 dollara, geosiyasi və digər faktorlar fonunda isə 100 dollara qədər yüksələcəyini proqnozlaşdırır.

Amerikalı analitiklər qarşıdakı 18 aya nəzər salaraq hesab edirlər ki, əsas ixracatçılardan olan Venesuelada neft hasilatının davamlı azalması səbəbindən qlobal neft təchizatı və tədarükünün həcmi dəyişə bilər. İranın neft ixracının azalması riskinin olduğu da vurğulanır.

Ekspertlər 2018-ci ildə brent markalın neftin bir barrelinin orta qiymətinin 70 dollar olacağını, 2019-cu ildə isə 75 dollara qədər yüksələcəyini qeyd edirlər.

Mayın 11-də “AzəriLayt” markalı neftin bir barreli 77,65 dollara satılır. AZƏRTAC-ın məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 77,36 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 71,32 dollara təklif olunur.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Ölkənin gündəlik neft hasilatının yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel olduğu açıqlanıb.

Neftin qiymətində son artım mayın 8-də ABŞ-ın İranla atom enerjisi razılaşmasından çıxmasının nəticəsi sayılır.

Tehranın atom enerjisi proqramı ilə bağlı danışıqlar 2015-ci il iyulun 14-də İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, eləcə də Avropa İttifaqı arasında yekun razılaşma ilə başa çatıb. Həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında saziş də bağlanıb.

Birgə razılaşma İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürüb, İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açıb.

Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin razılaşmadan çıxdığını, İrana sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Miqrasiya qaydaları

  • 11 May 2018
  • comments

Azərbaycan əhalisi nəyə daha çox pul xərcləyir?

  • 11 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda