• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Miqrasiya qaydaları

  • 11 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dövlət Miqrasiya Xidməti miqrasiya qaydaları barədə açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə vizada göstərilən müddətdən artıq qala bilməz: “Bu müddət bitənədək ölkədə müvəqqəti olma müddəti uzadılmayıbsa, müvəqqəti yaşamaq üçün icazə verilməyibsə, habelə müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün ərizə verilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasını tərk etməlidir.

Azərbaycanda 10 gündən artıq müvəqqəti olan (o cümlədən ölkə daxilində olduğu yeri dəyişən) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyətinə və ya mənzilin, digər yaşayış sahəsinin sahibinə müraciət etməlidir.

Elektron vizada göstərilən müddətdən artıq ölkə ərazisində qalan və ya olduğu yer üzrə qeydiyyata alınmayan (10 gündən artıq qaldıqda) yaxud bir yerdən başqa yerə getdikdə olduğu yer üzrə qeydiyyat qaydalarına əməl etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Elektron viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək vizası (ölkədə qalma müddəti 90 günədək müəyyən edilir) almalıdır.

Azərbaycan ərazisində həm müvəqqəti yaşamaq, həm də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı iş icazəsi almalıdır”.

Finalda çıxış ardıcıllığı

  • 11 May 2018
  • comments

Neftin qiyməti hara gedir?

  • 11 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Türkiyədə qiymətlər

Son materiallar

comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda