• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İctimai Teleradionun baş direktoru dəyişdi

  • 11 May 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının 11 may iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Rəsmi məlumata görə, Cəmil Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən gedib.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin baş direktoru seçilib.

Novator.az bildirir ki, Balakişi Ələkbər oğlu Qasımov 1978-ci ildə Bakıda doğulub. Bakı şəhər 1 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisasına yiyələnib.

Balakişi Qasımov “Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüseri, Gametv.az Prodüser Mərkəzinin rəhbəridir.

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində doğulub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb, 1998-2006-cı illərdə kino və televiziya sənəti kafedrasının müdiri olub.

Cəmil Quliyev 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə “Mədəniyyət” telekanalının baş direktoru olub. Əməkdar incəsənət xadimidir.

Cəmil Quliyev ilk dəfə 2013-cü il aprelin 23-də, ikinci dəfə 2017-ci il aprelin 25-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İTV baş direktorunun səlahiyyət müddəti 4 ildir.

9 üzvü olan Yayım Şurası proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirir. Şuranın İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu seçmək, baş direktorun təqdimatı ilə onun müavinlərini vəzifəyə təyin və ya vəzifədən azad etmək, vəzifə təlimatları və daxili tənzimləyici normalar hazırlayıb qəbul etmək səlahiyyətləri var.

Yayım Şurasının üzvləri bu qurumların irəli sürdüyü namizədlər arasından seçilir: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası; Milli Elmlər Akademiyası; Mətbuat Şurası; Sahibkarlar Şurası; gənclər təşkilatları; qadın cəmiyyətləri; idman federasiyaları; dini konfessiyalar; yaradıcılıq təşkilatları. Namizədlər Milli Məclisdə təsdiqlənir.

Quruma akademik Muxtar İmanov sədrlik edir.

Yaxın ölkələrdə pensiya yaşı

  • 11 May 2018
  • comments

Nikol Paşinyanın hökuməti

  • 14 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda