• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Avroviziya 2018”in bütün finalçıları bəllidir

  • 11 May 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Portuqaliya paytaxtı Lissabonda keçirilən “Avroviziya 2018” mahnı müsabiqəsinin bütün finalçıları bəlli olub. Novator.az-ın məlumatına görə, mayın 10-da baş tutan ikinci yarımfinaldan əsas raunda Sanya İliç və “Balkanika” qrupu (Serbiya), “DoReDos” qrupu (Moldova), “AWS” qrupu (Macarıstan), Konstantin Boçarov (Ukrayna), Bencamin İnqrosso (İsveç), Cessika Mauboy (Avstraliya), Aleksandr Rıbak (Norveç), Conas Rasmussen (Danimarka), Lea Sirk (Sloveniya), Villem Beykerk (Niderland) adlayıblar.

Mayın 8-də baş tutan ilk yarımfinalı Sezar Sempson (Avstriya), Elina Neçayeva (Estoniya), Eleni Fureyra (Kipr), Yeva Zasimauskayte (Litva), Netta Barzilay (İsrail), Cozef Nikolas (Çexiya), “Equinox” qrupu (Bolqarıstan), Yevqent Buşpepa (Albaniya), Saara Aalt (Finlandiya), Rayan O’Şonessi (İrlandiya) dəf etmişdilər.

Mayın 12-nə təyin olunmuş finala Klaudio Paskal (Portuqaliya), Mixael Şulte (Almaniya), Suzanna Mariya Kork (Böyük Britaniya), Madam Bonsior (Fransa), Alfred Qarsiya və Amaya Romero (İspaniya), Ermal Meta və Fabrisio Moro (İtaliya) birbaşa vəsiqə alıblar.

28 yaşlı Azərbaycan təmsilçisi Aysel Məmmədova ilk yarımfinalda ələnib. Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.

Sutkalıq neft hasilatı açıqlanıb

  • 10 May 2018
  • comments

Yeni hökumətdə ilk təyinatlar

  • 11 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Doğum və ölüm statistikası

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda