• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə köçürülüb

  • 11 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Məhbus jurnalist Əfqan Muxtarlı mayın 11-də Bakının Bülbülə qəsəbəsindəki 16 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Aprelin 24-də Şəki Apellyasiya Məhkəməsi Əfqan Muxtarlının hökmdən verdiyi şikayəti rədd edib. Beləliklə, hökm qüvvəyə minib.

Şəki İstintaq Təcridxanasında saxlanan jurnalist bir neçə gün qabaq paytaxta gətirilərək Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib. Mayın 11-də isə Əfqan Muxtarlı oradan 16 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb.

Novator.az bildirir ki, Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

2017-ci il mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.

Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.

2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Leyla Mustafayeva Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.


Əfqan Muxtarlının işi: nə baş verir?

Əfqan məsələsi: Azərbaycan və Gürcüstanın hüquq mühafizə orqanlarından açıqlamalar

Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçildi

Əfqan Muxtarlı ilə bağlı rəsmi məlumat

Gürcü nazir azərbaycanlı jurnalistdən danışıb: “Detallar aşkara çıxarılacaq”

Bakıda məhkəmə, Gürcüstan parlamentində aksiya

Avropa Parlamenti Azərbaycana nə tələblər qoyub?

“Sərhədsiz reportyorlar” həbsdəki jurnalistləri azadlığa buraxmağa çağırır

Əfqan Muxtarlının işi: Gürcüstanda diqqət artır

Əfqan Muxtarlının işi: görüntülər görünmür

Əfqanın yeni məhkəməsi. Jurnalistin səhhəti pisləşib

Müddət bitməmiş davamı gəldi

Əfqan Muxtarlının işi: şikayətlərə baxılıb

Əfqan Muxtarlı hakimə nə deyib?

Əfqan 110 manat 95 qəpik ödəyəcək

Jurnalist 30 kilo arıqlayıb

Əfqan Muxtarlının Gürcüstana müraciəti

Əfqan Muxtarlının ailəsi Gürcüstanı tərk etdi

Əfqan Muxtarlı qaçmaq fikrində olmadığını desə də…

Əfqan Muxtarlının layiq görüldüyü mükafat xanımına təqdim olunub

Əfqan Muxtarlının işi: ibtidai istintaq başa çatdı

Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub

Əfqan Muxtarlının məhkəməsi: bircə vəsatət təmin olunub

Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə

Əfqan Muxtarlının məhkəməsi: şahidlər nəyi bilmirlər?

Əfqanın əzizləri dəfn olunub

Əfqanı buraxmaq vəsatəti təmin olunmadı

Prokuror Əfqana 8 il istədi

Jurnalistə 6 il həbs verildi

Əfqanı buraxmaq xahişinə cavab gəlib

Əfqan Muxtarlı yasa buraxılıb

Jurnalistin şikayəti üzrə qismən məhkəmə istintaqı aparılacaq

Məhbus jurnalistin şikayətinə baxılır

Məhbus jurnalistin şikayəti təmin olunmadı

10,9 milyard manatlıq vəsait audit olunub

  • 11 May 2018
  • comments

AXCP fəalına cinayət işi açılıb

  • 11 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda