• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əliyev ziyarəti

  • 10 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Mayın 10-u Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev bu münasibətlə Heydər Əliyevin Bakının Fəxri xiyabanındakı məzarını ziyarət edib. Mərasimə birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları qatılıblar.

Sonra İlham Əliyev Qala-Türkan yolunun ətrafında salınan yaşıllıq sahəsində ağacəkmə kampaniyasında iştirak edib.

Novator.az bildirir ki, Heydər Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib, sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxuyub, amma 1941-ci ildə başlanan Almaniya-SSRİ müharibəsinə görə təhsilini yarımçıq kəsib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində çalışıb. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1965-ci ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublika rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1987-ci ilin oktyabrında vəzifədən gedib.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-ci ildə Kommunist Partiyasını tərk edib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.

2003-cü il dekabrın 12-də vəfat edib.

Azərbaycan nefti 78 dolları haqlayır

  • 10 May 2018
  • comments

Paşinyan təhlükəsizlik və polis şeflərini vəzifədə...

  • 10 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda