• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçi gənc barəsində həbs qətimkan tədbiri seçilib

  • 10 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qərar mayın 8-i Yasamal Rayon Məhkəməsində çıxarılıb.

Gənc fəal Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsi ilə ittiham olunur.

Orxan Baxışlı mayın 6-da paytaxtda tutulub.

Azadliq.info xəbər verir ki, AXCP sədri Əli Kərimli bu həbsi Orxan Baxışlının 3 May Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü mərhum jurnalist Elmar Hüseynovun məzarı başında söylədiyi nitqlə əlaqələndirir. AXCP sədri bildirib ki, gənc fəal həmin çıxışında Elmar Hüseynovun qətlinə görə hazırkı hakimiyyəti ittiham edib.

Orxan Baxışlı Demokratik Qüvvələrin Milli Şurasının martın 31-də Bakıda keçirdiyi mitinqdən öncə də saxlanılmış, polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası almışdı.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən əməl 5 ildən 12 ilədək həbslə cəzalandırılır.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib. İndiyədək qətlin üstü açılmayıb, cinayətin sifarişçiləri və icraçıları həbs edilməyib. Jurnalist Bakıdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Valyuta kursları necə dəyişib?

  • 10 May 2018
  • comments

Azərbaycan nefti 78 dolları haqlayır

  • 10 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda