• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan nefti 78 dolları haqlayır

  • 10 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dünya birjalarında neftin qiyməti artır. AZƏRTAC-ın 10 may məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 2,99 dollar bahalaşaraq 77,84 dollara qalxıb.

London birjasında “Brent” markalı neftin bir barreli 77,77 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 71,71 dollara satılır.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollar hesablanıb. “AzəriLayt” 2018-ci ildə 69,89 dollarla start götürüb.

Neftin qiymətində son artım mayın 8-də ABŞ-ın İranla atom enerjisi razılaşmasından çıxmasının nəticəsi sayılır.

Tehranın atom enerjisi proqramı ilə bağlı danışıqlar 2015-ci il iyulun 14-də İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, eləcə də Avropa İttifaqı arasında yekun razılaşma ilə başa çatıb. Həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında saziş də bağlanıb.

Birgə razılaşma İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürüb, İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açıb.

Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin razılaşmadan çıxdığını, İrana sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Cəbhəçi gənc barəsində həbs qətimkan tədbiri seçil...

  • 10 May 2018
  • comments

Əliyev ziyarəti

  • 10 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
comments
Xəbər

2026-cı ilin ilkin büdcəsi

GLOBALS:0
comments
Xəbər

Xarici ticarət statistikası

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

Son materiallar

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
comments
Xəbər

2026-cı ilin ilkin büdcəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda