• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan Qarabağda

  • 09 May 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib. Novator.az-ın məlumatına görə, Nikol Paşinyan Xankəndidə keçirilən bayram yürüşünə qatılıb. Onu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyan, Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyan və başqa rəsmilər müşayiət edib.

Mayın 9-u ermənilər Şuşanın ələ keçirilməsinin 26-cı ilini qeyd eləyir. Nikol Paşinyan bu şəhərə də baş çəkib.

Baş nazirin Bako Saakyanla birgə hərbi müşavirəyə qatıldığı da xəbər verilir.

42 yaşlı Nikol Paşinyan mayın 8-dən baş nazirdir. 2012-ci ildən parlamentin deputatı idi. Vətəndaş Sazişi Partiyasının sədridir.

2008-2018-ci illərdə prezident postunu tutan Dağlıq Qarabağ əsilli Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib.

1988-ci il fevralında Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər, eləcə də Xocalı şəhəri ermənilərin əlinə keçib.

1992-ci il mayın 8-9-da Şuşa şəhərinin işğalı ilə Azərbaycan Dağlıq Qarabağa nəzarəti tam itirib.

Müharibənin sonrakı mərhələsində Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

1994-cü il mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayıb.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

İlk yarımfinalı kimlər adladı?

  • 09 May 2018
  • comments

Bakıda 9 may mərasimi

  • 09 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda