• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağlıların dövranı başa çatdı

  • 08 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

İcevan şəhərindən olan Nikol Paşinyanın mayın 8-də baş nazir kürsüsünə oturması ilə qarabağlıların Ermənistanda 20 illik hökmranlığına son qoyuldu.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş şəxslər 1998-ci ildən Ermənistana rəhbərlik edirdilər.

Novator.az bildirir ki, 1991-ci ildə müstəqillik əldə edəndə Ermənistanda prezident postunu Suriyada doğulmuş Levon Ter-Petrosyan tuturdu. 1997-ci ildə o, Dağlıq Qarabağda doğulmuş Robert Köçəryanı baş nazir postuna gətirib.

Robert Köçəryan 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir, 1992-1997-ci illərdə separatçı rejimin başında dayanıb.

1998-ci ilin fevralında Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

2008-ci ildə Robert Köçəryanı Serj Sərkisyan əvəzləyib.

Dağlıq Qarabağda doğulan Serj Sərkisyan işğalçı müharibənin liderlərindən biridir. 1989-1993-cü illərdə Qarabağdakı separatçı hərbi qüvvələrin komandanı olub. 1993-cü ildən Ermənistanda müdafiə naziri postunu (iki dəfə) tutub, daxili işlər, milli təhlükəsizlik orqanlarına, Prezident Aparatına rəhbərlik edib.

2007-ci ildə baş nazir kürsüsünə keçən Serj Sərkisyan 2008 və 2013-cü illərdə prezident seçilib.

2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib.

Onun istefasından sonra Ermənistan hökumətinə baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti rəhbərlik edib. Dağlıq Qarabağ bölgəsində doğulan Karen Karapetyan 2016-cı ildə baş nazir təyin edilmiş, 2018-ci il aprelin 18-də baş nazirin birinci müavini vəzifəsinə keçirilmişdi.

2016-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini Dağlıq Qarabağ bölgəsində doğulmuş general-polkovnik Movses Akopyan tutur.

Dağlıq Qarabağda doğulmuş Arkadi Qukasyan 2009-cu ildən Ermənistanda xüsusi tapşırıqlar üzrə səfirdir.

Dağlıq Qarabağ bölgəsində doğulmuş daha bir şəxs – Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.

Novator.az xatırladır ki, 2018-ci il aprelin 9-dan Ermənistana yerevanlı Armen Sərkisyan prezidentlik edir. O, 2018-ci il martın 2-si parlamentdə dövlət başçısı seçilib.

Nikol Paşinyan baş nazir seçildi

  • 08 May 2018
  • comments

Paşinyan Qarabağdan başlayır

  • 08 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda