• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyədə prezidentliyə 6 iddiaçı var

  • 04 May 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Mayın 4-nə Türkiyədə prezidentliyə 6 iddiaçının adı məlumdur. Novator.az bildirir ki, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan 24 iyun seçkisinə Xalq İttifaqının namizədi kimi qatılır. Bu ittifaqda hakim Ədalət və İnkişaf Partiyası, eləcə də müxalif Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları yer alır.

Ədalət və İnkişaf Partiyası 2002-ci ildən hakimiyyətdədir. Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub, 2014-cü ildən prezidentdir.

Əsas müxalifət qurumu olan Cümhuriyyət Xalq Partiyası prezident seçkisinə deputat Məhərrəm İncənin namizədliyi ilə gedir.

Vətən Partiyasından prezidentliyə Doğu Perinçek, Yaxşı Partiyadan Maral Akşener, Səadət Partiyasından Təməl Qaramollaoğlu, Ədalət Partiyasından Vecdət Öz namizəd göstərilib.

Ölkədə növbəti prezident və parlament seçkiləri 2019-cu il noyabrın 3-də olmalı idi. Ötən ay seçkiləri bu il iyunun 24-nə çəkmək qərarı verilib.

2017-ci ildə Türkiyə Konstitusiyasına edilmiş dəyişikliyə əsasən, eyni vaxtda keçiriləcək prezident və parlament seçkilərindən sonra ölkənin idarə üsulu dəyişir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident hökumət başçısı olub kabineti parlamentin hər hansı müdaxiləsi olmadan formalaşdırır.

İndi Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Yeni seçiləcək parlament 600 deputatdan ibarət olacaq.

Ermənistanda yeni seçki cəzaları

  • 04 May 2018
  • comments

İlham Əliyev Xızıya baş çəkib

  • 04 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda