• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qırıq qoşun son dəfə toplaşıb

  • 03 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Ermənistanda baş nazirin birinci müavini Karen Karapetyanın müvəqqəti rəhbərlik etdiyi hökumət mayın 3-də son iclasını keçirib. Novator.az xəbər verir ki, Karen Karapetyan hökumət üzvlərinə xidmətlərinə görə təşəkkürünü bildirib, səlahiyyət müddətinin sonuna kimə işə məsuliyyətlə yanaşmağı tapşırıb.

Karen Karapetyan 1963-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 2016-cı ildə baş nazir təyin edilən Karen Karapetyan 2018-ci il aprelin 18-də baş nazirin birinci müavini vəzifəsinə keçib.

Hökumət aprelin 23-dən istefada sayılır. sabiq prezident Serj Sərkisyan aprelin 17-də baş nazir postuna keçsə də, aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna müxalif deputat Nikol Paşinyanın gətirilməsi gözlənir.

Müvəqqəti fəaliyyət dövründə hökumət 5 itki verib.

Gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan aprelin 25-də istefaya gedib.

Aprelin 26-da Daşnaksütun Partiyası hakim koalisiyadan çıxıb. Serj Sərkisyanın liderlik etdiyi Respublika Partiyası ilə birgə qurulmuş hökumətdə Daşnaksütundan David Lokyan ərazi idarəçiliyi və inkişafı naziri, Levon Mkrtçyan elm və təhsil naziri, Arsvik Minasyan təbiəti mühafizə naziri idi.

Mayın 2-də isə mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Əmiryan istefa verib.

Karen Karapetyanın mayın 3-də son dəfə topladığı hökumətdə Vaçe Qabrielyan və Armen Gevorkyan baş nazirin müavinləridir.

Nazir səlahiyyətləri bu şəxslərdədir: Edvard Nalbandyan (xarici işlər naziri), Vigen Sərkisyan (müdafiə naziri), David Arutyunyan (ədliyyə naziri), Qranuş Akopyan (diaspor naziri), David Tonoyan (fövqəladə hallar naziri), Suren Karayan (iqtisadi inkişaf və investisiya naziri), Vardan Aramyan (maliyyə naziri), Vahan Martirosyan (nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri), Aşot Manukyan (enerji infrastrukturu və təbii sərvətlər naziri), İqnati Arakelyan (kənd təsərrüfatı naziri), Artyom Asatryan (əmək və sosial məsələlər naziri), Levon Altunyan (səhiyyə naziri).

Sahibkarlara yeni kreditlər

  • 03 May 2018
  • comments

Yeni vergi departamentinə rəhbər gömrükdən gəldi

  • 03 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda