• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yerevan iflic vəziyyətə salınıb

  • 02 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Mayın 2-si Ermənistanın paytaxtı Yerevanda gərginlik artıb. Novator.az-ın məlumatına görə, müxalifət lideri Nikol Paşinyanın çağırışına qoşulan xalq kütlələri paytaxtın əsas küçələrini, eləcə də “Zvartnots” aeroportuna gedən yolları bağlayıb. Şəhərdə yürüşlər keçirilir. Metronun bəzi stansiyalarında hərəkət tam dayanıb, bir çox nazirliyə giriş qapadılıb. Müxalifət iclası boykot etdiyindən parlament toplaşa bilməyib. Vanadzor şəhərində də aksiyalar keçirilir.

Mayın 1-i Nikol Paşinyanın baş nazir seçilməsi mümkün olmayıb. Parlamentdə keçirilən səsvermədə müxalif siyasətçi 45 səs toplayıb. Baş nazir kürsüsünə oturmaq üçün 105 nəfərlik parlamentdə 53 səs almaq gərəkdir.

Yeganə namizəd olan Nikol Paşinyanın qarşısını sabiq baş nazir Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublika Partiyası kəsib. Bu qurumun deputatları 1 may səsverməsində Nikol Paşinyana dəstəkdən boyun qaçırıb.

Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın liderlik etdiyi “Çıxış” bloku, Sarukyan bloku, Daşnaksütun Partiyası parlamentdə azlıqdadır.

Nikol Paşinyan baş nazir seçilə bilmədiyi üçün aksiyaları sərtləşdirməyə, ümummilli tətilə, ölkədə bütün yolları, vağzalları, aeroportları bağlamağa çağırıb.

Parlamentdə təkrar səsvermə mayın 8-də olmalıdır. Həmin gün baş naziri seçmək mümkün olmasa, parlament buraxılmalıdır.

42 yaşlı Nikol Paşinyan 2018-ci il martın 31-dən aprelin 13-dək Ermənistanın bir çox şəhəri boyunca Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Serj Sərkisyanın süqutundan sonra da aksiyalar səngimir. Nikol Paşinyan hakimiyyətin ona təhvil verilməsini, milli etimad hökumətinin qurulmasını və növbədənkənar parlament seçkisinin keçirilməsini istəyir.

Serj Sərkisyan 2008-ci ildən Ermənistan prezidenti olub. Bu il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Onun istefasından sonra Ermənistan hökumətinə baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti rəhbərlik edir. Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir.

İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyəti art...

  • 02 May 2018
  • comments

Hikmət Hacıyev Nyu-Yorkda dünyaya səslənib

  • 02 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda