• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan aksiyaları sərtləşdirir

  • 02 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistan inqilabının lideri Nikol Paşinyanın baş nazir seçilməsi mümkün olmayıb. Novator.az-ın məlumatına görə, mayın 1-i parlamentdə keçirilən səsvermədə müxalif siyasətçi 45 səs toplayıb. Baş nazir kürsüsünə oturmaq üçün 105 nəfərlik parlamentdə 53 səs almaq gərəkdir.

Yeganə namizəd olan Nikol Paşinyan proqram çıxışında sosial problemlərə diqqət çəkib, Ermənistana xarici investisiyaların cəlb edilməsi, inhisarçılığın aradan qaldırılması istiqamətində çalışacağını vurğulayıb.

Siyasi məsələlərə toxunan Nikol Paşinyan seçki islahatlarının zəruri olduğunu, idarəçilik islahatlarının aparılmasını, baş nazirin səlahiyyətlərinin azaldılmasını vacib saydığını qeyd edib.

O, Dağlıq Qarabağ probleminin həlli, “erməni soyqırımı”nın tanınması üçün səy göstərəcəyini deyib, Rusiya ilə strateji müttəfiqlik xəttinə sadiq qalmağı, qonşu dövlətlər olan İran və Gürcüstanla, həmçinin Avropa İttifaqı və ABŞ-la əlaqələri möhkəmlətməyi vəd edib.

Sabiq baş nazir Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası (58 deputatı var) 1 may səsverməsində Nikol Paşinyana dəstəkdən boyun qaçırıb. Bu partiyadan yalnız 1 deputat müxalif liderə səs verib.

Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın liderlik etdiyi “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Bu səslər, eləcə də Sarukyan blokunun (31 mandatı var) və Daşnaksütun Partiyasının (7 mandatı var) dəstəyi qələbəyə bəs eləməyib.

101 nəfərin iştirak etdiyi səsvermədə 56 nəfər Nikol Paşinyanın əleyhinə çıxıb. Onların 55-i respublikaçı, 1-i daşnakdır.

Nikol Paşinyan baş nazir seçilə bilmədiyi üçün aksiyaları sərtləşdirməyə, ümummilli tətilə, paytaxt Yerevanda və digər bölgələrdə bütün yolları, vağzalları, aeroportları bağlamağa çağırıb.

Parlamentdə təkrar səsvermə mayın 8-də olmalıdır. Həmin gün baş naziri seçmək mümkün olmasa, parlament buraxılmalıdır.

42 yaşlı Nikol Paşinyan 2018-ci il martın 31-dən aprelin 13-dək Ermənistanın bir çox şəhəri boyunca Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Serj Sərkisyanın süqutundan sonra da aksiyalar səngimir. Nikol Paşinyan hakimiyyətin ona təhvil verilməsini, milli etimad hökumətinin qurulmasını və növbədənkənar parlament seçkisinin keçirilməsini istəyir.

Serj Sərkisyan 1993-cü ildən Ermənistanda müdafiə naziri postunu (iki dəfə) tutub, daxili işlər, milli təhlükəsizlik orqanlarına, Prezident Aparatına rəhbərlik edib.

2007-ci ildə baş nazir kürsüsünə keçən Serj Sərkisyan 2008 və 2013-cü illərdə prezident seçilib.

2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib.

Qida Təhlükəsizliyi Agentliyinin statusu: yeni fər...

  • 01 May 2018
  • comments

İlk finalçı bəlli oldu

  • 02 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda