• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hikmət Hacıyev Nyu-Yorkda dünyaya səslənib

  • 02 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mayın 1-i Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya komitəsinin iclasına qatılıb.

İnformasiya komitəsi 1979-cu ildə təsis olunub. Qurumun mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasiya məkanının yaradılması ilə sülhün gücləndirilməsinə töhfə vermək kimi məsələlər daxildir.

AZƏRTAC xəbər verir ki, komitənin 1 may iclasında çıxış edən Hikmət Hacıyev ənənəvi və onlayn media, həmçinin sosial şəbəkələr vasitəsilə saxta xəbərlər, dezinformasiyanın yayılması və təşviqat fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu qeyd edib, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.

XİN rəsmisi BMT Baş Assambleyasının hələ 1947-ci ildə “Propaqandaya qarşı tədbirlər” adlı qətnamə qəbul edərək sülhə qarşı təhdidi, sülhün pozulmasını və ya təcavüz aktını ruhlandıran bütün növ propaqanda formalarını qınadığını xatırladıb: “SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü “informasiya təcavüzü” və “informasiya müharibəsi” ilə üzləşib. Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propaqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.

Hikmət Hacıyev Ermənistanın beynəlxalq media nümayəndələrini çaşdıraraq müxtəlif bəhanələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edilməsi məsələsinə də diqqət çəkib, bəzi hallarda bu kimi səfərlərin etik və obyektiv jurnalizm prinsiplərinə zidd olaraq propaqanda məqsədilə istifadə olunduğunu diqqətə çatdırıb: “Biz beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşırıq. Amma xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd-keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır”.

Hikmət Hacıyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edib, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyini vurğulayıb.

Yerevan iflic vəziyyətə salınıb

  • 02 May 2018
  • comments

Vergilər Nazirliyində yeni nəzarət qurumu yaradılı...

  • 02 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda