• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeyinti məhsullarına nəzarət sərtləşir

  • 01 May 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Yeyinti məhsulları haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, yeniliklərdən biri qida məhsullarının təhlükəsizliyinə dair sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini Qida Təhlükəsizliyi Agentliyinə həvalə edir.

Başqa bir dəyişikliyə əsasən, idxalçı ölkələr tələb etdiyi hallarda xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı veriləcək.

Azərbaycana idxal olunan qida məhsulları qanunvericiliyə uyğun olaraq tanınmış və ya qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır.

Qanuna görə, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti yoxlanır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir.

Qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.

Qida təhlükəsizliyi sahəsində müvafiq texniki normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən; üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən; mənşəyi məlum olmayan, saxtalaşdırılmış; üzərində saxlanma müddəti göstərilməyən və ya saxlama müddəti ötmüş; markalanmasına dair məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur.

Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Nazir vəd verir

  • 01 May 2018
  • comments

Məzənnələr beşinci aya keçdi

  • 01 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda