Rusiyada mayın 1-dən ən aşağı əməkhaqqı yaşayış minimumu həddinə çatdırılıb. Novator.az-ın məlumatına görə, bu gündən minimum əməkhaqqı 11 min 163 rubl (301 manat) olub.
İlin əvvəlindən minimum əməkhaqqı 9 min 489 rubl idi (256 manat).
Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2018-ci ildən 130 manat müəyyən edilib. Yaşayış minimumu ölkə üzrə 173 manatdır.