• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirlik əlilliyin qiymətləndirilməsi sahəsində yeniliyə gedir

  • 01 May 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi sahəsində fəaliyyəti təkmilləşdirəcək işçi qrupu fəaliyyətə başlayıb. Rəsmi məlumata görə, nazir müavini Natiq Məmmədovun rəhbər olduğu işçi qrupuna müvafiq şöbələrin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları daxildir.

İşçi qrupunun mayın 1-də keçirilən, Səhiyyə Nazirliyinin müvafiq işçi qrupunun nümayəndələrinin də iştirak etdiyi ilk iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. O deyib ki, əlillik qruplarının təyin olunmasında tam şəffaf mühitin formalaşdırılması, müvafiq xidmət sektorunda vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması üçün əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanacaq.

Nazir qeyd edib ki, yeni yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib: “İşçi qrupu əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq. İşçi qrupu Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”yə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”yə dəyişikliklər edilməsi barədə təkliflər hazırlamalıdır. Eləcə də dövlət səhiyyə müəssisələrində rəsmiləşdirilən göndərişlərin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülmədən öncə Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də hazırlanmalıdır”.

Təkliflərin 1 ay müddətində hazırlanmalı olduğunu qeyd edən Sahil Babayev bildirib ki, bütün bərpa mərkəzlərinin əməkdaşlarına nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Reabilitasiya Alt Sistemindən istifadə qaydaları öyrədilməlidir: “Bu məqsədlə işçi qrupu həmin mərkəzlərin əməkdaşlarına təlimlərin keçirilməsini, həmçinin iyulun 1-dən bərpa mərkəzlərinə əlilliyi olan şəxslərin qəbulu, onlara göstərilən reabilitasiya və bütün digər xidmətlərin uçotunun yalnız bu alt sistem üzərindən aparılmasını təmin etməlidir”.

Şotlandiyada alkoqola minimal qiymət qoyuldu

  • 01 May 2018
  • comments

Qida Təhlükəsizliyi Agentliyinin statusu: yeni fər...

  • 01 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda