• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni kabinetin özəllikləri

  • 30 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

Nazirlər Kabinetində İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ilədək post almış şəxslərin sayı 7 nəfərə düşüb.

İlham Əliyev aprelin 11-də yenidən dövlət başçısı seçilib, aprelin 18-də səlahiyyətlərinin icrasına başlayıb. O, əvvəllər 2003, 2008, 2013-cü illərdə prezident seçilib. 1993-2003-cü illərdə isə onun atası Heydər Əliyev dövlət başçısı olub.

Novator.az bildirir ki, yeni səlahiyyətlərinin icrasına başlayanda İlham Əliyev Nazirlər Kabinetinə Heydər Əliyevin prezidentliyi dövründə gətirilən 6 nəfərə hökumətdə yer verməyib.

1996-cı ildən Nazirlər Kabinetində olan baş nazir Artur Rasizadə, baş nazirin müavinləri Elçin Əfəndiyev (1993-cü ildən kabinet üzvü idi), Abid Şərifov (1995-ci ildən kabinet üzvü idi) yola salınıblar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov (2002-ci ildən hökumətdə idi, 2013-cü ilədək Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb), ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov (2001-ci ildən bu postu tuturdu) və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da (2002-ci ildən bu vəzifədə idi) kabinetdən kənar qalıblar.

Yeni hökumətdə köhnə qvardiyadan 7 nəfərin təyinatı rəsmiləşib.

Daxili işlər naziri Ramil Usubov və mədəniyyət naziri Əbülfəs Qarayev 1994-cü ildən kabinetdədirlər. Əbülfəs Qarayev 2006-cı ilədək gənclər və idman naziri, 2018-ci ilədək mədəniyyət və turizm naziri vəzifələrində işləyib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən hökumətdədir. 2006-cı ilədək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin müavini Əli Həsənov 1998-ci ildən hökumətdə yer alır.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətdə 1999-cu ildən təmsil olunur. 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziridir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Nazirlər Kabinetində 2002-ci ildən təmsil olunur.

Hazırda Nazirlər Kabinetində yaşı 50-dən az olan 13 şəxs var. Ən cavan hökumət üzvləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovdur. Onların hər ikisi 1980-ci ildə anadan olub.

Hökumətdə ən yaşlı şəxs baş nazirin müavini Hacıbala Abutalıbovdur. O, 1944-cü ildə doğulub.

Baş nazirin müavini Yaqub Eyyubov 1945-ci il, baş nazir Novruz Məmmədov 1947-ci il, baş nazirin müavini Əli Həsənov və daxili işlər naziri Ramil Usubov 1948-ci il, müdafiə sənayesi nazir Yavər Camalov 1949-cu il təvəllüdlüdür.

Sevinc Kərimli

Dollar, avro və rublun dörd ayı

  • 30 Aprel 2018
  • comments

Pakistanlı Britaniyanın daxili işlər naziri oldu

  • 30 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda