“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti aprelin 27-də 75,71 dollara çatıb.
AZƏRTAC-ın məlumatına görə, London birjasında “Brent” markalı neftin bir barreli 74,49 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 67,99 dollara satılır.
Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollar hesablanıb. 2018-ci ilə “AzəriLayt” 69,89 dollarla start verib.