• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan partiya liderliyindən də gedir

  • 26 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ermənistan Respublika Partiyasının sədri Serj Sərkisyan aprelin 25-i axşam başçılıq etdiyi qurumun parlament fraksiyasının üzvləri ilə görüş keçirib. Novator.az-ın məlumatına görə, baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyanın da iştirak etdiyi görüşdə Serj Sərkisyan istefasının səbəbləri barədə geniş izahat verib.

Partiya sədri respublikaçıları birliyə, qərarların qəbulu zamanı ölkənin sabitliyi və təhlükəsizliyi məsələlərini ön plana çəkməyə çağırıb.

Görüşün ikinci hissəsində Respublika Partiyasının parlament fraksiyasının üzvləri Karen Karapetyanla ölkədə yaranmış vəziyyəti müzakirə edib. Respublikaçıların heç bir ön şərt qoymadan bütün tərəflərlə müzakirəyə hazır olduğu vurğulanıb.

Görüşdə həmçinin Respublika Partiyası sədrinin dəyişdirilməsi barədə müzakirələrə başlanması qərara alınıb.

Serj Sərkisyan Respublika Partiyasına 2007-ci ildən sədrlik edir.

10 il Ermənistanı idarə edən Serj Sərkisyan aprelin 23-də hakimiyyətdən gedib. 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Serj Sərkisyan 1993-cü ildən Ermənistanın siyasi elitasında təmsil olunurdu. O, Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-1993-cü illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrin komandanı olub, 1993-cü ildən Ermənistanda müdafiə naziri postunu (iki dəfə) tutub, daxili işlər, milli təhlükəsizlik orqanlarına, Prezident Aparatına rəhbərlik edib.

2007-ci ildə baş nazir kürsüsünə keçən Serj Sərkisyan 2008 və 2013-cü illərdə prezident seçilib.

2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub.

Hazırda Ermənistan hökumətinə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub. Karen Karapetyan 1963-cü ildə Dağlıq Qarabağ bölgəsində doğulub. Respublika Partiyası sədrinin birinci müavinidir.

Yerevanda aprelin 25-də keçirilən kütləvi aksiyalarda Respublika Partiyasının hakimiyyətdən uzaqlaşması, baş nazir postuna müxalif Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyanın seçilməsi tələb olunub.

Yeni baş naziri parlament seçməlidir. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının parlamentdə 58, Daşnaksütun Partiyasının 7, Sarukyan blokunun 31, “Çıxış” blokunun 9 mandatı var.

Neft büdcə qiymətindən 30 dollar bahadır

  • 26 Aprel 2018
  • comments
Hesretindeyem

Həsrətindəyəm (24)

  • 26 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda