• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni təqdim olunub

  • 26 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Rusiyanın Soçi şəhərində təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu beynəlxalq görüşü keçirilir. AZƏRTAC-ın 26 aprel məlumatına görə, görüşdə 117 ölkə, o cümlədən Azərbaycan təmsil olunur.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sədrlik etdiyi görüşə Azərbaycandan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze qatılıblar.

Ramiz Mehdiyev görüşdə “Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü” mövzusunda çıxış edib. Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Nikolay Patruşev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ramiz Mehdiyevi Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiyanın “Şərəf” ordeni ilə təltif edib. Orden Ramiz Mehdiyevə təqdim olunub.

Ramiz Mehdiyev 1938-ci il aprelin 17-si Bakı şəhərində doğulub. 1995-ci ildən Prezident Administrasiyasının rəhbəridir. Azərbaycanın “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib.

Ramiz Mehdiyev prezident yanında məşvərətçi orqan olan Təhlükəsizlik Şurasının katibidir.

Hesretindeyem

Həsrətindəyəm (24)

  • 26 Aprel 2018
  • comments

Hüseyn Abdullayevin axtarışı

  • 26 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda