• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nikol Paşinyan

  • 26 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Novator.az Ermənistanda Serj Sərkisyan hakimiyyətinə son qoyan inqilabın lideri Nikol Paşinyanın ömür yolundan bəzi məqamları təqdim edir.

Nikol Paşinyan 1975-ci il iyunun 1-də Ermənistanın İcevan şəhərində doğulub, orada orta təhsil alıb.

1991-ci ildə Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Təhsil aldığı illərdə “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” nəşrində redaktor vəzifələrində çalışıb.

Nikol Paşinyanın siyasi mülahizələrlə universitetdən qovulduğu üçün ali təhsil diplomu ala bilmədiyi deyilir.

1998-ci ildə Nikol Paşinyan “Oraqir” qəzetini təsis edərək bu nəşrin baş redaktoru postunu tutub. 1999-cu ildə qəzet prezident Robert Köçəryana müxalif mövqeyinə gərə qapadılıb.

2000-ci ildən Nikol Paşinyan müxalif “Aykakan jamanak” qəzetinin baş redaktoru olub.

2007-ci ildə Nikol Paşinyan parlament seçkisinə qatılan “İmpiçment” blokuna rəhbərlik edib. Robert Köçəryanın istefasına çağıran bu blok parlamentə düşə bilməyib. O vaxt Nikol Paşinyan seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edərək paytaxt Yerevanın Azadlıq meydanında oturaq aksiya keçirib.

2008-ci ilin prezident seçkisində o, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. Həmin seçkini Serj Sərkisyan udub. Seçkinin nəticələrinə qarşı aksiyaların yatırılması 10 nəfərin ölümünə gətirib.

Nikol Paşinyan həmin aksiyalarda iştirakına görə cinayət məsuliyyətinə alınıb, amma gizləndiyi üçün onu tutmaq mümkün olmayıb. 2009-cu ildə Nikol Paşinyan polisə təslim olaraq həbsə göndərilib, 2011-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb.

2012-ci ilin parlament seçkisinə birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

2013-cü ildə Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədri seçilib. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən aprelin 13-dək Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca sabiq prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Aprelin 16-sı Yerevanda Serj Sərkisyana qarşı aksiyalara polisin müdaxiləsi nəticəsində Nikol Paşinyan əlindən yaralanıb.

Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub.

Aprelin 22-də Nikol Paşinyan tutulub, ancaq növbəti gün azadlığa çıxıb.

Aprelin 23-də Serj Sərkisyan baş nazir postundan istefa verib.

Mayın 1-i parlamentdə seçiləcəyi gözlənən baş nazir postuna əsas namizəd Nikol Paşinyandır.

______________________________________________________________________

Sərkisyana qarşı məşəl hərəkatı başlayır

Yerevanda gərginlik

Paytaxt qaynayır

Aksiyaların təşəbbüskarı yeni çağırış etdi

Polis güc tətbiq edib

Yerevanda gərginlik daha da artıb

Yerevan Sərkisyana müqavimət göstərir

Serj Sərkisyan baş nazir seçildi

Aksiyaçılar geri çəkilmir

Hökumət qurulur, aksiyalar isə səngimir

Yerevan etirazları

Müqavimət dayanmır

Sərkisyan dialoqa, Paşinyan istefaya çağırır

Dialoq alınmır, aksiyalar dayanmır

Tələbələr Sərkisyanı istefaya çağırır

Bir qrup hərbçi Sərkisyandan üz döndərdi

Paşinyan və daha iki deputat azadlığa buraxıldı

Serj Sərkisyan istefa verdi

Paşinyanın yeni tələbləri

Qarabağlıların əvvəli və… sonu?

Müxalifət lideri şərt qoyur

Yerevan hakim partiyaya qarşı

Paşinyan baş nazirliyə namizəd olur

Ermənistan hökumətində parçalanma başladı

Daşnaklar batan gəmidən qaçdı

Prezident İlham Əliyev Londonda görüşlər keçirir

  • 26 Aprel 2018
  • comments

Yeni saziş imzalandı

  • 27 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda