• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan hökumətində parçalanma başladı

  • 25 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ermənistanın gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan aprelin 25-də istefa verib. Novator.az-ın məlumatına görə, bəyanat yayan Qraçya Rostomyan Çiçəklənən Ermənistan Partiyasının tərəfdarı olduğunu, bu qurumun xalq etirazlarına qoşulmaq barədə çağırışına dəstək verdiyini vurğulayıb.

Qraçya Rostomyan 2016-cı ilin sentyabr ayından hakim Respublikası Partiyasının qurduğu hökumətdə gənclər və idman naziri postunu tutub. 37 yaşlı nazir heç bir partiyanın üzvü deyil.

Müxalif Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyanın başçılıq etdiyi xalq kütlələri aprelin 25-də paytaxt Yerevanın küçələrinə çıxıblar. Aksiyaçılar Respublika Partiyasının hakimiyyətdən əl çəkməsini, milli etimad hökumətinin qurulmasını və növbədənkənar parlament seçkisi keçirilməsini tələb edirlər.

25 aprel aksiyasına Çiçəklənən Ermənistan Partiyasının tərəfdarları da qoşulub. Bu partiyaya biznesmen, deputat Qaqik Sarukyan rəhbərlik edir.

Respublika Partiyasının sədri Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək ölkə prezidenti olub. Aprelin 17-də o, parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ancaq xalq etirazlarına görə aprelin 23-də Serj Sərkisyan istefa verib.

Etirazlara Nikol Paşinyan başçılıq edib.

Hökumət aprelin 23-də tam tərkibdə istefaya gedib. Prezident Armen Sərkisyan səlahiyyətlərin icrasını əvvəlki tərkibə tapşırıb. Hökumətə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub.

Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir. O, 2016-cı ildə baş nazir təyin edilib, bu il aprelin 18-də baş nazirin birinci müavini vəzifəsinə keçib.

Yeni baş naziri parlament seçməlidir. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının parlamentdə 58, onun müttəfiqi olan Daşnaksütun Partiyasının 7, Sarukyan blokunun 31, “Çıxış” blokunun 9 mandatı var.

Nikol Paşinyan Respublika Partiyasının baş nazirliyə namizəd irəli sürməməsini tələb edir.

Bu gün “Çıxış” bloku Nikol Paşinyanı baş nazir postuna namizəd irəli sürüb. 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə Serj Sərkisyanın ilk dəfə prezident seçildiyi 2008-ci ilin xalq etirazlarına görə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə “Çıxış” blokundan deputat seçilib.

Paşinyan baş nazirliyə namizəd olur

  • 25 Aprel 2018
  • comments

İsa Qəmbərin müalicəsi müsbət effekt verməkdədir

  • 25 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda