• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ” Çempionlar Liqasına nə vaxt, kimlərlə başlayır?

  • 24 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

2018-2019 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında Ağdamın “Qarabağ” komandası təmsil edəcək. Novator.az bildirir ki, yeni reqlamentlə 26 komanda Çempionlar Liqasının qrupuna birbaşa çıxır. Qrupa digər 6 vəsiqənin taleyinə seçmə raundlarda aydınlıq gələcək. 4 vəsiqə ölkə çempionları üçün nəzərdə tutulub. Bu istiqamətdə təsnifat mərhələlərinin sayı 4-dən 5-ə artıb.

Cəbəllütariq, Andorra, San Marino və Kosovo çempionları mübarizəyə ən aşağıdan – ilkin təsnifatdan start verəcək.

Azərbaycan çempionu “Qarabağ” turnirə bundan sonrakı raunddan – 1-ci mərhələdən başlayacaq. Həmin raundu, ardınca 2-ci, 3-cü və 4-cü mərhələləri keçib qrupa düşmək olar.

İlkin təsnifat mərhələsinin yarımfinal görüşləri iyunun 26-da, final oyunu iyunun 29-da keçiriləcək.

1-ci mərhələnin oyunları 10-18 iyul arası olacaq. “Qarabağ” yüksək reytinqli klub kimi həmin mərhələnin güclülər səbətində yer alacaq. Artıq onun bəzi potensial rəqibləri də məlumdur: “Vikinqur” (Farer adaları), “Sutyeska” (Monteneqro), “Suduva” (Litva), “Kork Siti” (İrlandiya), “Spartaks” (Latviya), “Valyur” (İslandiya), “Flora” (Estoniya), “Torpedo” (Gürcüstan).

Novator.az xatırladır ki, bu mövsüm Çempionlar Liqasının C qrupunda yarışan “Qarabağ” 2 xalla dördüncü pilləni tutub. Ağdamlılar İngiltərənin “Çelsi” klubuna 0:4 və 0:6, İtaliya “Roma”sına 1:2 və 0:1 hesabı ilə uduzub, İspaniyanın “Atletiko” klubu ilə xalları bölüb (0:0, 1:1).

“Roma” hazırda Çempionlar Liqasının, “Atletiko” Avropa Liqasının yarımfinalında mübarizəni davam etdirir.

Rusiyalıları nə narahat edir?

  • 24 Aprel 2018
  • comments

Hökumət necə böyüyüb?

  • 24 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda