• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın 6-cı qızılı və tarixi

  • 23 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Ağdamın “Qarabağ” futbol komandası 6-cı dəfə Azərbaycan çempionu adını qazanıb. Novator.az-ın məlumatına görə, aprelin 22-də milli çempionatın 24-cü turuna yekun vurulub. Səfərdə “Sumqayıt”la üz-üzə gələn “Qarabağ” 1:0 hesablı qələbə qazanıb və xal sayını 59-a çatdıraraq sona 4 tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

1992-ci ildən müstəqil Azərbaycanın futbol çempionatının yüksək dəstəsində mübarizə aparan “Qarabağ” 1993, 2014, 2015, 2016, 2017-ci illərdə də çempionluq titulu əldə edib. Komanda həmçinin 1993, 2006, 2009, 2015, 2016, 2017-ci illərdə Azərbaycan kubokunu qazanıb.

“Qarabağ” komandasının əsası 1951-ci ildə qoyulub. “Məhsul” adı altında çıxış edən komanda 1966-cı ildən Azərbaycan SSR-in çempionatlarında yarışıb.

1968-ci ildən komanda respublika çempionatlarında təmsil olunmayıb. 1977-ci ildə “Şəfəq” adı ilə bərpa edilən komanda yenidən respublika çempionatlarında oynayıb.

1982-ci ildən komanda “Kooperator” adı daşıyıb. “Qarabağ” adı alandan sonra komanda 1988-ci ildə Azərbaycan SSR-in çempionu olub.

1989-cu və 1991-ci illərdə “Qarabağ” SSRİ çempionatının 2-ci dəstəsində yarışıb.

1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra komanda köçkün klub kimi fəaliyyət göstərir, hazırda Bakıda məskunlaşıb.

Komanda 2014-2015, 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

2008-ci ildən “Qarabağ”ın baş məşqçisi postunu Qurban Qurbanov tutur. O, ötən il noyabrın 3-dən Azərbaycan milli futbol komandasının da baş məşqçisidir.

46 yaşlı Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında hücumçu mövqeyində çıxış edib. Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov “Qarabağ”a gəlməzdən əvvəl Bakının “İnter” klubunda idman direktoru, “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.

Azərbaycanın milli futbol çempionatı 1992-ci ildən keçirilir. İndiyədək 8 dəfə “Neftçi”, 3 dəfə “Kəpəz”, 2 dəfə “Şəmkir”, 2 dəfə “Bakı”, 2 dəfə “İnter”, 1 dəfə “Turan”, 1 dəfə “Xəzər Lənkəran” çempion olub.

2001-2002 mövsümü yarımçıq qalıb, növbəti mövsüm isə çempionat keçirilməyib.

Tələbələr Sərkisyanı istefaya çağırır

  • 23 Aprel 2018
  • comments
Aynur Mesimova Temkin

Eşq və xəyanət (27)

  • 23 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda