• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan və daha iki deputat azadlığa buraxıldı

  • 23 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Ermənistanda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələbi ilə başlayan hərəkatın lideri Nikol Paşinyan azadlığa buraxılıb.

42 yaşlı Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə “Çıxış” blokundan deputat seçilib.

Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan martın 31-dən aprelin 13-dək Gümrü, Spitak, Dilican, Sevan, Razdan şəhərləri boyunca Serj Sərkisyanın əleyhinə yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyaların tələbi Serj Sərkisyanın hakimiyyətdən əl çəkməsidir.

Aprelin 16-da Nikol Paşinyan polisin aksiyalara müdaxiləsi nəticəsində əlindən yaralanıb. Dünən onun baş nazir Serj Sərkisyanla qısa görüşü olub. Müxalif lider baş nazirin istefası tələbində israr etdiyi üçün dialoq yarımçıq kəsilib. Həmin gün polis şəhərin mərkəzində nümayişçilərə qüvvə tətbiq edib, 300-ə yaxın aksiyaçı, o cümlədən Nikol Paşinyan, “Çıxış” blokundan deputatlar Ararat Mirzoyan, Sasun Mikaelyan tutulub. Ancaq yürüş-mitinqlərin qarşısını almaq mümkün olmayıb. Gecə saatlarına qədər Respublika meydanında mitinq keçirən müxaliflər aksiyaların davam etdirilməsinə çağırıblar. Bu gün Yerevanı yenə aksiyalar bürüyüb.

Novator.az-ın məlumatına görə, aprelin 23-də baş nazirin birinci müavini Karen Karapetyan saxlandığı polis məntəqəsində Nikol Paşinyanla görüşüb. Bundan dərhal sonra Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikaelyan azadlığa çıxıblar.

Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb.

Baş nazir maşın karvanından imtina etdi

  • 23 Aprel 2018
  • comments

Mənzil tikintisinə 960,3 milyon manat gedib

  • 23 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda