• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“MTN işi”: 10 nəfərə hökm oxundu, 2-si azadlığa buraxıldı

  • 23 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş idarə və idarə rəisləri olmuş general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natəvan Mirvətova, eləcə də həmin idarələrin digər zabitləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Aprelin 23-də Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Sübahir Qurbanov və Füzuli Əliyevin hər biri 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov və Natiq Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevin hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Elşad Əzizov və Fərhad Atayevin hər biri 3 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Barəsində həbs qətimkan tədbiri olmayan Natəvan Mirvətovaya da 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Məhkəmə adıçəkilən sabiq MTN zabitlərinin rütbələrdən və dövlət təltiflərindən məhrum edilməsi üçün aidiyyəti instansiyalara təqdimat göndərilməsi, bəzi zərərçəkmişlərin mülki iddialarının təmin olunması, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 1 milyon manatlıq mülki iddiasının təmin edilməsi barədə də qərar çıxarıb.

Adıçəkilən şəxslər 2015-ci ilin payızında məsuliyyətə cəlb olunublar. Onlara qarşı cinayət işi Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, külli miqdarda əmlak ələ keçirmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələri ilə aparılıb. İbtidai istintaq dövründə Natəvan Mirvətovanı çıxmaq şərti ilə təqsirləndirilən şəxslərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

2018-ci il fevralın 22-də prokuror Bakı Hərbi Məhkəməsində çıxış edərkən Natəvan Mirvətovanın məhkəmə zalında həbs edilməsi tələbini də qoymuşdu.

2015-ci ildə MTN-in tutulan başqa zabitlərinin məhkəməsi bundan əvvəl yekunlaşıb. Bütün işlərə Bakı Hərbi Məhkəməsində baxılıb.

2015-ci ildəki həbslərdən bir neçə ay sonra, ilin sonunda Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Mənzil tikintisinə 960,3 milyon manat gedib

  • 23 Aprel 2018
  • comments

Serj Sərkisyan istefa verdi

  • 23 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda